00:00:00
Yazar
Admin User
14.08.2025 12:42 80 1 dəq oxuma
Dünya

Ərdoğandan Özəl haqqında 1 milyon lirəlik iddia

Ərdoğandan Özəl haqqında 1 milyon lirəlik iddia

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəldən 1 milyon lirə təzminat tələb edib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın sosial şəbəkə hesabında yazıb:

 

“CHP sədri Özgür Özəlin 13 avqust 2025-ci ildə Bayrampaşada keçirilən mitinqdə çıxışı zamanı və həmin gün Mərmərə həbsxanasınından ayrıldıqdan sonra mətbuata açıqlamasında prezidentimizə ünvanlanan yersiz ifadələri və əsassız ittihamları səbəbilə 1 milyon türk lirəsi dəyərində təzminat iddiası qaldırılıb. Bundan başqa, “Prezidenti təhqir etmək” cinayəti ilə bağlı Ankara Baş Prokurorluğuna da cinayət işi açılıb”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər