Ərdoğandan Türk Dövlətləri Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin ildönümü ilə bağlı mesaj
Prezident Rəcəb Tayyib Ərdoğan, Türk Dövlətləri Təşkilatının yaradılmasına səbəb olan Naxçıvan Sazişinin 16-cı ildönümünü və Türk Dövlətləri Əməkdaşlıq Gününü təbrik edib.
Prezident Ərdoğan sosial şəbəkə hesabında etdiyi paylaşımda belə ifadələr işlədib:
“Dil, fikir və işdə birlik şüarımızın ən mühüm simvollarından biri olan Türk Dövlətləri Təşkilatımızın yaradılmasına imkan verən Naxçıvan Sazişinin 16-cı ildönümünü və ortaq anım günümüz- Türk Dövlətləri Əməkdaşlıq Gününü təbrik edirəm”.
Bu mənalı günün qədim tarixi irslə yüksəldiyini vurğulayan Ərdoğan deyib:
“Bu mənalı günün birlik və həmrəylik ruhumuzu gücləndirməsinə, ölkələrimiz arasındakı münasibətlərin hər sahədə inkişafına töhfə verməsini arzulayıram”.
Paylaşımında Türk dövlətləri arasındakı əməkdaşlığın əhəmiyyətinə diqqət çəkən Prezident Ərdoğan, belə bir fikir bildirib:
“Ortaq gələcəyimiz parlaq, əməkdaşlığımız daim olsun”.
TRT XƏBƏR
Lalə Qurbanlı