Ərdoğandan təəccüblü mesaj!
Prezident Rəcəb Tayyib Ərdoğan 18 yaşından kiçik uşaqlarla cinayətə qarışan Nazirlər Kabinetinin iclasından sonra, "Hökumət olaraq problem xroniki hala gəlməmişdən əvvəl qanunvericiliyə yenidən baxılaraq məsələni həll edəcəyik,"-dedi.
Ədliyyə naziri Yılmaz Tunç prezident Rəcəb Tayyib Ərdoğanın cinayətə qarışan 18 yaşından kiçik uşaqlarla bağlı sözlərini paylaşaraq hüquqi tənzimləmənin siqnalını verib. Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamalarda 18 yaşından kiçik uşaqlarla bağlı mühüm açıqlamalar verib.
Ərdoğan çıxışında "18 yaşından kiçik uşaqlar cinayətə qarışması ilə bağlı gedən ictimai müzakirələri yaxından izləyirik. Mütəşəkkil cinayət şəbəkələri, qaniçən terror təşkilatları, küçə dəstələri xüsusilə bu yaş qrupundakı uşaqları hədəf alır" deyib. O, həmçinin qeyd edib ki, "Hökumət olaraq problem xroniki hal almadan bu məsələyə, o cümlədən qanunvericiliyi nəzərdən keçirəcəyik. İnşallah, tariximizi, mədəniyyətimizi, ümumbəşəri hüquq normalarını rəhbər tutaraq bunu edəcəyik".
Son Dakika
Banuçiçək Qurbanova