00:00:00
Yazar
Admin User
16.08.2025 16:32 125 1 dəq oxuma
Dünya

Ərdoğandan Tramp-Putin görüşünə reaksiya

Ərdoğandan Tramp-Putin görüşünə reaksiya

"ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüşlər Rusiya-Ukrayna müharibəsinin bitirilməsi istiqamətində səylərə yeni bir təkan verib".

"İnformator.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Rusiya prezidentlərinin Alyaskada baş tutan görüşü ilə bağlı danışarkən deyib.

“Alyaska Zirvəsini məmnuniyyətlə qarşılayırıq və bu yeni prosesin Ukrayna Prezidenti Vladimir Zelenskinin də iştirakı ilə davamlı sülhün təməlini qoymasını arzulayırıq.

Türkiyə sülhün bərqərar olması üçün hər cür iştiraka hazırdır”, - Ərdoğan bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər