Ərdoğandan Ukrayna münaqişəsi ilə bağlı açıqlama...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə İstanbul danışıqlarını irəli aparmaq arzusunda olduğunu bildirib.
"İnformator.az" xəbər verir ki, bu barədə o, Nyu-Yorkda fransalı həmkarı Emmanuel Makronla görüşündə deyib.
"Prezidentimiz Türkiyənin Rusiya ilə Ukrayna arasında ədalətli və davamlı sülhün təmin edilməsi üçün hər cür səy göstərdiyini bəyan edib və İstanbul danışıqlarını nəticələrə diqqət yetirməklə irəliləmək arzusunu ifadə edib", - Türkiyə Prezident Dəftərxanasının məlumatında qeyd edilir.