00:00:00
Yazar
Admin User
18.07.2023 11:03 317 2 dəq oxuma
Dünya

Ərdoğanın Körfəz səfərindən GÖZLƏNTİLƏR

Ərdoğanın Körfəz səfərindən GÖZLƏNTİLƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 günlük Körfəz turuna çıxır. Ərdoğan bu gün başlayacaq Körfəz səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Təmasların Türkiyənin son bir neçə ildə bölgə üçün izlədiyi normallaşma siyasətinə uyğun olacağı gözlənilir.

 

Bu yaxınlarda vitse-prezident Cevdet Yılmaz ilə xəzinə və maliyyə naziri Mehmet Şimşək bölgəyə səfər edərək iqtisadi əməkdaşlıq imkanlarını qiymətləndirmək üçün təmaslar aparıblar.

 

Ərdoğanın həmsöhbətləri ilə səhiyyə, enerji və müdafiə sənayesi kimi müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edəcəyi gözlənilir. Türkiyə lideri 200-dən çox iş adamı ilə səfərə çıxır. Körfəz turu ilə ilk mərhələdə Türkiyəyə ən az 25 milyard dollar sərmayə gətirilməsi hədəflənir. Xarici İqtisadi Əlaqələr Şurası tur çərçivəsində Ərdoğanın da iştirakı ilə hər üç ölkədə biznes forumları təşkil edəcək. İqtisadçıların proqnozlarına əsasən bu ölkələrlə Türkiyənin xarici ticarət həcminin artması, Türkiyənin daha çox ixracat aparacağı gözlənilir. Nəticədə isə sözügedən ölkələrin iş adamları Türkiyəyə yatırım qoyması planlaşdırılır. Türkiyə liderinin Körfəz səfəri daha çox ərəb sərmayəsinin cəlbi məqsədi daşıyır. Belə ki, ötən həftə Türkiyə-Səudiyyə Ərəbistanı İş Şurasının iclasında türk və ərəb sərmayədarları arasında təxminən 1 milyard dollarlıq investisiya müqaviləsi imzalanıb. Bu investisiyaların qarşıdakı 5 ildə 800 milyard dollar səviyyəsinə çatacağı gözlənilir.İlk mərhələdə Türkiyənin daşınmaz əmlak sektoruna 30 milyon dollarlıq investisiya yatırılacaq. Ərəb ölkələrinin investisiya üçün Türkiyəyə üstünlük verməsi yerli ekspertlər tərəfindən Rəsmi Ankranın etibarlı tərəfdaş olması kimi dəyərləndirilir.

Jalə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər