00:00:00
Yazar
Admin User
22.09.2025 12:35 94 1 dəq oxuma
Dünya

"Real Madrid" "Qızıl top" mükafatını boykot edir

"Real Madrid" "Qızıl top" mükafatını boykot edir

İspaniyanın "Real Madrid" klubu "France Football" jurnalının təşkil etdiyi "Qızıl top" mükafatını boykot edəcək.


"İnformator.az"  "The Athletic"ə istinadən xəbər verir ki, bu qərarı Madrid təmsilçisinin prezidenti Florentino Peres qəbul edib.

 

Bu, "kral klubu"nun hücumçusu Vinisius Juniorun 2024-cü ildə mükafatı almaması ilə bağlı ola bilər. O, ötən il “Qızıl top” üçün səsvermədə İngiltərənin “Mançester Siti” komandasının və İspaniya millisinin yarımmüdafiəçisi Rodriyə uduzaraq ikinci yeri tutub.


Cari ilin mükafatına üç "Real Madrid" oyunçusu namizəddir. Bunlar Cud Bellingem, Kilyan Mbappe və Vinisius Juniordur. 

Qeyd edək ki, bu gün Parisdəki “Şatle" teatrında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər