Real Madrid Talavera ilə Kral Kubokunda qarşılaşacaq
Real Madrid İspaniya Kral Kubokunun 1/16 final mərhələsində Talavera ilə üz-üzə gələcək. Püşkatma İspaniya Futbol Federasiyasının mənzil-qərargahında keçirilib. Qarşılaşma növbəti həftə Talaveranın ev stadionu "El Prado"da bir oyundan ibarət formatda baş tutacaq.
Bu, iki komanda arasında Kral Kubokunda ilk duel olacaq. Talavera buna qədər Rayo Maxadahonda (1:4) və Málaga (2:1) üzərində qələbə qazanaraq bu mərhələyə yüksəlib. Komanda hazırda Real Madrid Castilla ilə eyni liqada - Primera Federación Qrup 1-də çıxış edir və turnir cədvəlində 12 xalla 20-ci pillədə qərarlaşıb.
Real Madrid
Mələk Nəsirli
