00:00:00
Yazar
Admin User
15.01.2024 15:01 311 1 dəq oxuma
Dünya

“Realme” şirkətindən yeni “Note” seriyası

“Realme” şirkətindən yeni “Note” seriyası

Çinin smart telefon istehsalçısı “Realme” şirkəti, “Note” seriyası mobil cihazlarını tanıdıb.

 

İndiyə qədər istehsal etdiyi “Qiymət-Performans” hədəfli telefonları ilə istifadəçilərin tələbatını qazanan şirkət, sosial media üzərindən “Realme Note 1” telefonunu satışa çıxaracağını bildirib. Yeni model üzərindən bir sıra sızıntılar da texnologiya sevənlərin diqqətlərini üzərlərinə çəkib.

 

Yayılan məlumatlar “Note” seriyasının arxa kamerasının 108 Megapiksel (MP), ön kamerasının 16 MP olacağını təsdiqləyir. Cihazın barmaq izi sensoru isə ekranın üzərində yerləşəcək.Telefonun yayılan digər texniki özəllikləri aşağıdakılardır:

Ekran:6,67 inç böyüklüyündə, OLED əsaslı,Ekran yeniləmə sürəti 120 Herz(Hz);

 


Chipset(İşləmci):Dimensity 7050;

 


Batereya və enerji yığma sürəti:5000 mAh və 67W sürətli turbo enerji yığma özəlliyi;
“Realme Note 1” modelinin bu ay istifadəyə açıq olacağı gözlənilir.

 

 

Əli Məmmədli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər