00:00:00
Yazar
Admin User
10.09.2025 17:39 101 3 dəq oxuma
Siyasət

“Regionda hələlik sülhdən danışmaq tezdir”

“Regionda hələlik sülhdən danışmaq tezdir”

Qətər İsrailin Dohaya hücumuna cavab vermək hüququnu özündə saxlayır. Bu barədə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani deyib. O, İsrail Baş naziri Benyamin Netanyahunun dövlət terroru həyata keçirdiyini bildirib.


Mövzu ilə bağlı politoloq Elçin Abdullayev "informator.az" açıklamasında bildirib ki, doğurdan da dünənləri İsrail dövlətindən Qətərin paytaxtı Dohaya endirilən hava zərbələri hesab eləyirəm ki, təkcə bölgə dövlətləri üçün deyil, eyni zamanda dünya üçün şok effekti yaradıb:


“Həm də ona görə şok effekti yaradıb ki, Doha İsrail rəsmiləri ilə Həmas liderlərinin danışıq mərkəzinə çevrilib. Hansı ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın təşəbbüsü ilə Doha da Həmas liderləri ilə İsrail rəhbərləri arasında atəşkəs prosesi və eyni zamanda əsirləri mübadiləsi məsələsi haqqında danışıqlar aparılıb. Və belə bir məqamda İsrail dövləti Həmas liderlərin hədəf alınması və Qətərin paytaxtı Doha-ya hava zərbələri endirməsi düşünürəm ki, ilk növbədə İsrail dövlətinin hələ ki, yaxın şərq də və bölgədə, belə deyək sülhün tərəfdarı olmadığını ortaya qoyur. Doğrudur, İsrail artıq bir neçə xüsusilə region dövlətləri ilə müharibə içindədir və sonuncu dəfə İranla apardığı savaş və bu gün Qətərin hədəf alması sabah biz bilmirik haranı hədəf ala bilər. Mümkündür ki, İsrail dövlətini hələ ki, hərbi meydanda güclü tərəf kimi göstərsin, amma İsrail dövlətinin dünənki addımı düşünürəm ki, onun diplomatik masada əlini zəiflədəcəq ən azı biz artıq bunu dünya liderlərinin İsrailin qınamasından da görürük. Və İsrail dövlətini regionda sülhün və sabitliyin tərəfdaşı olmadığını kimi ortaya qoymuş olacaq. Amma mənim zənnimcə İsrail dövləti Həmas liderlərinin hədəf almayıb. İsrail dövləti ilk növbədə özünün müddəfiqi olan və hər zaman İsrailin sıxıntılı anlarında ona
dəstək verən Amerika Birləşmiş Ştatlarının və onun Prezidentinin hədəfə almış oldu çünki bayağ da qeyd etdiyimiz kimi mehz Həmas liderlər ilə İsrail rəhbərləri arasında Dohada baş tutan görüşün təşəbbüsü mehz Amerika Birleşmiş Ştatlarının Prezidenti Donald Trumpdan gəlib və birdən-birə İsrail dövlətinin belə bir hərəkətə keçməsi şübhəsiz ki, ən böyük zərbə kimi həmdə Donald Trumpa vurmuş olub”.

 

Həmçinin şərhçi qeyd edib ki, ümumi olaraq mən hesab edirəm ki, Qətər dövləti İsraillə obyektiv cavab kimi hərbi hərəkətə keçməklə cavab verməyəcək:


“Çünki birincisi dünən artıq Amerika Birləşmiş Ştatlarının Prezidenti Qətər Şeyxi arasında danışıq olub, telefon zamanı Amerika Birləşmiş Ştatlarının Prezidenti Qətər Şeyxinin əmin etdi ki bir daha İsrail dövləti bu addımı atmayacaq. Belə olduğu təqdirdə Qətərin hər hansı bir müdaxilə edəcəyini zənn etmirəm. Amma Qətər bəyan etdi ki, biz danışıqlar prosesinin mərkəzi rolunu oynamaqdan imtina edirik. Və bunun özü də göstərir ki, artıq regionda hələlik sülhdən danışmaq tezdir. Mən düşünürəm ki, Ərəb dünyası da İsrailin bu adımını qınamalıdır və bu məsələdə Qətər dövlətinə öz dəstəklərini ifadə etməlidirlər. Və artıq bilirsiz dünya mediasından da oxuduğumuz kimi, dünyanın əksər aparıcı dövlətlərinin rəhbərləri o cümlədən Avropa dövlətləri, İngiltərə, Amerika. Düzdü Amerika prezident Donald Tramp sərt tənqid etmədi İsrailin dövlətinin bu addımını, amma yumuşaq da olsa təəsüf hissini bildirib. Lakin Amerika Birləşmiş Ştatlarının , İngiltərə və digər Avropa dövlətlərindən o cümlədən Türkiyə və bir sıra dövlətlərin rəhbərləri artıq İsrailin sərt şəkildə qınayıblar. Düşünürəm ki Ərəb dövlətləri də İsraili qınamalıdır. Və bu məsələ də Qətərin yanında olmalıdırlar ki, birlik nümayiş etdirməlidirlər ki regionda sülh və sabitliyin bərqərar olmasına töhfələrini verə bilsin”.

Nuranə Merdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər