00:00:00
Yazar
Səadət Əlizadə
07.05.2026 18:29 17 1 dəq oxuma
Siyasət

Rinkeviçs: Bakı və İrəvan arasında sülh sazişi yaxın gələcəkdə imzalanmalıdır

Rinkeviçs: Bakı və İrəvan arasında sülh sazişi yaxın gələcəkdə imzalanmalıdır

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.

 

"İnformator.az" Latviya prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə o, İrəvanda Ermənistanın yüksək vəzifəli şəxsləri ilə görüşlərində bildirib.

 

"Latviya ürəkdən ümid edir ki, yaxın gələcəkdə hərtərəfli və davamlı sülh sazişi bağlanacaq", - o bildirib.

 

Rinkeviçs, həmçinin Ermənistanla ikitərəfli əməkdaşlığa toxunaraq Latviyanın münasibətlərin möhkəmləndirilməsində maraqlı olduğunu bildirib:

 

"Biz onları dərinləşdirmək və genişləndirmək istəyirik, bu da müntəzəm siyasi dialoqda və praktiki əməkdaşlıqda öz əksini tapacaq".

 

Latviya Prezidenti İrəvanın Avropa İttifaqı ilə əlaqələri gücləndirmək istəyinə Riqanın qətiyyətli dəstəyini təsdiqləyib.

#baki #bakı #i̇rəvan #sülh #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər