Rostovda neft emalı zavoduna hücum edilib
Ukrayna Silahlı Qüvvələri Rostov vilayətinin Novoşaxtinsk şəhərində neft emalı zavoduna zərbələr endirib.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumatda bildirilir ki, şəhər üzərində 5-ə yaxın partlayış səsi eşidilib.
İlkin məlumata görə, xəsarət alan yoxdur.