00:00:00
Yazar
Admin User
13.10.2025 11:54 71 3 dəq oxuma
Siyasət

Rəsmi Bakı Qəzzada atəşkəsin təsis edilməsinə şərait yaradacaq razılaşmanı alqışlayıb

Rəsmi Bakı Qəzzada atəşkəsin təsis edilməsinə şərait yaradacaq razılaşmanı alqışlayıb

Qəzzada atəşkəsin təsis olunması, girovların və məhbusların azad edilməsi üçün yolun açılması, eyni zamanda Qəzzaya maneəsiz humanitar yardımın çatdırılması və bölgənin yenidən qurulması üçün əlverişli şərait yaradacaq razılaşmanın əldə olunmasını alqışlayırıq.


Ümid edirik ki, sazişin bütün mərhələləri vaxtında və dürüst şəkildə yerinə yetiriləcək və regionda ədalətli, davamlı sülhün təmin olunması üçün səylər gücləndiriləcək.


Bu nəticəyə doğru aparılan vasitəçilik missiyalarında ABŞ, Türkiyə, Qətər və Misirin rolunu təqdir edirik.


Rəsmi Bakı Qəzzada atəşkəsin təsis edilməsinə şərait yaradacaq razılaşmanı alqışlayıb.


Qəzzada atəşkəsin təsis olunması, girovların və məhbusların azad edilməsi üçün yolun açılması, eyni zamanda Qəzzaya maneəsiz humanitar yardımın çatdırılması və bölgənin yenidən qurulması üçün əlverişli şərait yaradacaq razılaşmanın əldə olunmasını alqışlayırıq.


Ümid edirik ki, sazişin bütün mərhələləri vaxtında və dürüst şəkildə yerinə yetiriləcək və regionda ədalətli, davamlı sülhün təmin olunması üçün səylər gücləndiriləcək.


Bu nəticəyə doğru aparılan vasitəçilik missiyalarında ABŞ, Türkiyə, Qətər və Misirin rolunu təqdir edirik.


Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki,Əlbəttə Azərbaycan bütün məsələlərdə atəşkəsin tərəfdarı olub:


“Qəzza məsləsinin masa arxasında müzakirəsinin tərəfdarı olub.Bizə yaxın olan İsraillə bu meselelerde hətta vasitəçililiyədə imkanlarının olduğunu gizlətməyib.Təbiidir ki, bu müharibədə itirilən canlar, dağıdılan şəhərlər, kəndlər ümumiyyətlə Qəzzanın özünün yer üzünden silinməsi acı, ağır bir hadisədir.Bütün bunların nə demək olduğunu Azərbaycan hamıdan yaxşı bilir. Buna görədə atəşkəs tərəfdarı idik indidə eləyik.Misirdə keçiriləcək görüşə Azərbaycanın dəvət edilməsi təsadüfi deyil.Çünki bu məsələdə Azərbaycanında rol ala biləcəyi dünyanın super gücləridə qəbul edirlər, o cümlədən, ABŞ.Sözümün canı odur ki,bu atəşkəs real görünür və təbiidir ki, Həmas terror təşkilatı əlindən silahı yerə qoyacağı andan müharibə bitəcəkdi. Təəssüflər olsun ki, həmin terror təşkilatı öz inadkarlığından əl çəkmədi,buna görədə minlərlə insan həlak oldu.Bundan sonra bu atəşkəsin dəvamlı olacağına ümidimiz yüksəkdir. Düşünürəm ki, İsrail-Qəzza və yaxud İsrail-Həmas müharibəsi artıq sonlanmış sayıla bilər.Bu atəşkəsin davamlı olması üçün hər şeydən öncə Həmas terror təşkilatı özünü buraxmalıdır.Çünki İsrail davası Qəzza ərəbləri ilə deyildi. Qəzza ərəbləri terror təşkilatının qurbanlarıdırlar.Əgər o terror təşkilatı orda olmasa idi,həmin terror təşkilatı 2023-cü ildə oktyabrın 7-də məlum terror hücumunu gerçəkləşdirməsə idi, Qəzzada artıq 10 ildən çox idi ki, sakitlik idi. Heç kim heç kime güllə atmırdı. israil dövlətidə onlarla rahat yanaşı yaşayırdı.Görünən odur ki,Həmas terror təşkilatı alovu körükləndirdi.İki ildir ki, bu müharibə dəvam edir. Nəticə etibarilə də İsrail mindən artıq itki veribsə ərəblər 65 mindən artıq itki verib.Bunlar həm hərbiçilərdi,terrorçulardı həm də dinc əhalidi.Bu atəşkəsin dəvamlı olması və sülhün əbədi bərqarar edilməsi üçün Həmas terror təşkilatı özünü buraxmalıdır.Buraxmasa belə Qəzzadan büsbütün çəkilib getməlidir .Ümumiyyətlə, Fələstin ərazilərində nə qədər ki, terror təşkilatları qalmağa dəvam edəcək bu müharibələr yenidən alovlana biləcək.Tək çıxış yolu terror təşkilarlarının o əraziləri tərk etməsidir. Üsdəlik də bu cür terror təşkilatlarını İran kimi dövlətlərin dəstəkləməsidə dayandırılmalıdır.Çünki İran ordan terror təşkilatını dəstəkləyir zərər çəkən isə Ərəb xalqıdır ,Fələstin xalqıdır.”


Selcan Xudiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər