00:00:00
Yazar
Admin User
08.09.2025 11:08 97 2 dəq oxuma
Siyasət

Rəsmi İrəvan Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşünü təsdiqləyib

Rəsmi İrəvan Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşünü təsdiqləyib

Rəsmi İrəvan Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin gözlənilən görüşü ilə bağlı məlumatı rəsmən təsdiqləyib.


Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, verilən məlumata görə bu həftə Türkiyənin nümayəndə heyəti ilə Ermənistanın nümayəndə heyəti arasında görüş nəzərdə tutulur:


“Bu həftənin başlanğıcında baş tutacaq görüş böyük ehtimalla Ermənistan ərazisində keçiriləcək. İlk dəfədir ki, Ermənistan və Türkiyə nümayəndə heyətləri görüşəcək. Nümayəndə heyətlərinin görüşməsi həm görüşün miqyasını, statusunu yüksəldir, həm də fərqli və geniş məsələlər müzakirə olunacaq. Türkiyənin nümayəndə heyətinə Serdar Kılıç rəhbərlik edəcək. Düşünürəm ki, bu görüşün keçirilməsi Ermənistan və Türkiyə arasındakı mülayimləşən siyasi-diplomatik əlaqələri bir qədər də irəli aparacaq. Mümkündür ki, digər sahələrdə də potensiallari müzakirə olunsun. Hər halda Türkiyə üzərindən Ermənistanın Avropaya çıxış imkanları üstünlük təşkil edir. Lakin Türkiyənin Ermənistanla həll edəcəyi bir sıra məsələlər var.


Bu münasibətlərin yaxşılaşmasında vasitəçilərin roluna gəldikdə bir formada ABŞ-nin yaxud Avropa İttifaqı ölkələrinin vasitəçiliyi ola bilər. Artıq Türkiyə və Ermənistan münasibətləri kifayət qədər irəliləyib. Türkiyənin Ermənistanla münasibətləri nizama salmasında 3-cü tərəfin iştirakına ehtiyacı yoxdur.


Ermənistanın Azərbaycanla sərhəd problemləri fonunda Türkiyə ilə yaxınlaşmasına gəldikdə isə Azərbaycanla Ermənistanın sərhədlərinin müəyyənləşməsiylə bağlı problemlər var. Bununla belə Azərbaycan və Ermənistan münasibətləri də kifayət qədər yumşalıb, birbaşa təmaslar, dialoqlar var. Vacib məsələləri tərəflər müdaxilə olmadan müzakirə edə bilirlər. Süzh sazişi ilə bağlı artıq paraflanma gerçəkləşib.


Hesab edirəm ki, Türkiyə və Ermənistan münasibətləri Türk-Azərbaycan dialoqları üzərindən həyata keçirilir. Azərbaycan və Türkiyə arasındakı yüksək etimad, qardaşlıq dəstəyi Ermənistan tərəfinə də göstərib ki, Türkiyə ilə münasibətlərin normal olmasını istəyirsə Azərbaycanla da bu münasibətlər normal olmalıdır. Hər halda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Azərbaycan var”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər