Rubio Avropa və Ukrayna ilə təhlükəsizlik təminatlarını müzakirə edəcək
ABŞ dövlət katibi Marko Rubio mümkün təhlükəsizlik təminatlarını müzakirə etmək üçün Avropa ölkələrinin və Ukraynanın milli təhlükəsizlik müşavirləri ilə görüş keçirmək niyyətindədir.
"İnformator.az"ın xəbərinə görə, bu barədə "New York Times" nəşri ABŞ Administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, görüş "incə diplomatik danışıqların" bir hissəsi olacaq və Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında potensial danışıqlardan əvvəl təminatların ilkin parametrlərini hazırlamağa imkan verəcək.
Nəşrin mənbəsi qeyd edib ki, nəzərdən keçirilən tədbirlərə Vaşinqtonun Avropa ölkələrinin rəhbərlik etdiyi əməliyyatlara havadan dəstək verməsi, həmçinin ABŞ müttəfiqlərinə kəşfiyyat məlumatlarını təqdim etməsi öhdəliyi də daxil edilə bilər.
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin sözlərinə görə, Vaşinqton nə tələb olunduğunu başa düşməyinə qədər Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsi üzrə heç bir öhdəlik götürməyəcək.