00:00:00
Yazar
Admin User
13.07.2025 08:22 299 1 dəq oxuma
Dünya

Rubio köməkçisini Vuçiçlə görüşə göndərib

Rubio köməkçisini Vuçiçlə görüşə göndərib

Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Brendan Hanrahanla görüşüb.

"İnformator.az" xəbər verir ki, bu barədə Vuçiç özünün İnstaqram səhifəsində yazıb.

Serbiya prezidenti Hanrahanla gündəmdəki məsələlər, Serbiya ilə ABŞ arasında münasibətlər, Qərbi Balkanlardakı vəziyyət barədə danışdığını deyib:

 

“Serbiya ilə ABŞ arasında strateji tərəfdaşlığı və bütün sahələrdə – enerjidən süni intellektə qədər əməkdaşlığın inkişafını müzakirə etdik və qeyd etdik ki, məhsuldar iqtisadi əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin əsası olmalıdır”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər