00:00:00
Yazar
Admin User
15.09.2025 07:56 102 1 dəq oxuma
Dünya

Rubio və Netanyahu Qüdsdə Dohaya zərbənin nəticələrini müzakirə ediblər

Rubio və Netanyahu Qüdsdə Dohaya zərbənin nəticələrini müzakirə ediblər

Qüdsdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ dövlət katibi Marko Rubio arasında danışıqlar aparılır.

 

Bu barədə "İnformator.az" İsrail mediasına istinadən xəbər verir.

 

Gündəliyin əsas mövzuları Qəzzada müharibə, HƏMAS tərəfindən saxlanılan israilli girovların taleyi, həmçinin İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi zərbənin nəticələri ilə bağlıdır.

 

Səfər çərçivəsində Rubionun girovların ailələri ilə görüşü də planlaşdırılır. Bundan başqa, səfər proqramına İsrail Prezidenti İsxak Hersoq, xarici işlər naziri Gideon Saar və strateji məsələlər naziri Ron Dermerlə görüşlər daxildir.

 

Dövlət katibinin səfəri sentyabrın 16-dək davam edəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər