00:00:00
Yazar
Admin User
09.07.2025 10:27 124 1 dəq oxuma
Dünya

Rubionun Bakı-İrəvan bəyanatı

Rubionun Bakı-İrəvan bəyanatı

Bir neçə saat əvvəl ABŞ Dövlət katibi Marko Rubio ölkə Prezidenti Donlad Trampa Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib. Rubio bəyanatı Trampın siyasəti nəticəsində müxtəlif münaqişələrdə sülhün əldə olunması kontekstində verib.


"İnformator.az" xəbər verir ki, bunu erməni ekspert Suren Sərkisyan deyib.

 

“Son aylar müxtəlif kanallar vasitəsilə Dövlət Departamentinin bu istiqamətdə publik deyil, amma fəal şəkildə tərəflərlə işlədiyi barədə məlumatlar gəlir. Tramp administrasiyası burada uğur qazanmaq üçün fürsət görür və prosesdən bəhrələnmək istəyir. Prosesin başqa təsirlərdən qorunması üçün danışıqların pərdə arxasında aparıldığını istisna etmirəm. Əslində tərəflərin vasitəçisiz danışıqlar apardıqlarını iddia etmələrinə baxmayaraq, ABŞ bu prosesdə müəyyən vasitəçilik rolunu oynayır”, - o bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər