00:00:00
Yazar
Elmira Ağayeva
22.05.2026 20:38 13 1 dəq oxuma
Siyasət

Rubionun çıxışı NATO daxilində yeni müzakirələrin anonsudur”-ŞƏRH

“Rubionun çıxışı NATO daxilində yeni müzakirələrin anonsudur”-ŞƏRH

ABŞ müttəfiqləri ilə məsləhətləşmələr zamanı NATO-da iştirak məsələsini qaldırmağın ədalətli olduğunu düşünür”.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Rubionun açıqlaması ABŞ-nin NATO-ya baxışında tam qopma yox, daha çox “fayda və qarşılıq” prinsipinin sərtləşdiyini göstərir:

“Vaşinqton artıq NATO-nu yalnız Avropanın müdafiəsi üçün deyil, ABŞ-nin qlobal hərbi manevr imkanlarını genişləndirən platforma kimi qiymətləndirir. Rubio xüsusilə İspaniyanın ABŞ bazalarından istifadəni məhdudlaşdırmasını problem kimi təqdim edir və bu, alyans daxilində siyasi həmrəyliyin hərbi praktikada hər zaman işləmədiyini göstərir. Yaxın Şərq strategiyasında NATO ölkələrindəki bazalar ABŞ üçün çox önəmlidir, çünki Avropadakı hərbi infrastruktur Vaşinqtona İran, Aralıq dənizi, Qırmızı dəniz və Körfəz istiqamətində daha sürətli reaksiya vermək imkanı yaradır. Lakin bu bazalar yerləşdikləri ölkələrin siyasi razılığına bağlıdır. Ona görə Rubio əslində belə mesaj verir. Əgər müttəfiqlər ABŞ-yə böhran anında real hərəkət imkanı yaratmırsa, NATO-nun Amerika üçün strateji dəyəri yenidən müzakirə olunmalıdır”.


Nuray Əliyeva

#ABŞ #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər