00:00:00
Yazar
Admin User
17.08.2023 12:44 404 2 dəq oxuma
Dünya

RUHANİ HƏBS OLUNA BİLƏR

RUHANİ HƏBS OLUNA BİLƏR

   İranın sabiq prezidenti Həsən Ruhaninin adı maliyyə fırıldaqçılığında hallanır. Keçmiş Prezidentə 2 maddə üzrə  ittiham irəli sürülüb. Eks-prezident fond və valyuta bazarına müdaxilələr zamanı yol verilən qanun pozuntularında iştirak etməkdə şübhəli bilinir. Bildirilir ki, İran prokurorluğuna sabiq prezident barəsində 700 min şikayət göndərilib. İranın hazırda üzləşdiyi iqtisadi və sosial problemlərin məhz Ruhaninin hakimiyyəti dövründə başladığını düşünənlər var. Siyasi şərhçilər bildirir ki,  Ruhani hakimiyyətə gəlmədən öncə xalqa bir çox vədlər verib, amma heç birinə əməl etməyib. Siyasi şərhçi Elyar Kamranlının sözlərinə görə, hətta günahsız insanların edam edilməsi, həbs olunması halları daha da artıb. “Həsən Ruhani dövründə fəsad və korrupsiya, rüşvət ən çox olduğu zamanlardır. Bildiyimiz kimi o zaman Avropa Birliyi ilə “Dərcam” adında bir anlaşma imzaladılar ki, İranın gələcəyi yaxşı olacaq. Amma əməldə biz buna şahid olduq ki, heç də yaxşı olmadı ki, daha da günü-gündən pisləşdi”.

   Bəzi siyasi şərhçilər isə  ittihamların siyasi xarakter daşıdığını, bunun arxasında müəyyən dairələrin dayandığını qeyd edir. Onlar bildirir ki, Molla rejimində ədalətsizlik, iqtisadi durğunluq və qeyri-insani münasibətlərin əsası Ruhaninin hakimiyyət illərindən öncə də olub. Sadəcə bəzi qüvvələr  sabiq prezindetə qarşı irəli sürülən  ittihmalarla özlərinə bəraət qazandırmaq fikirindədirlər. Siyasi şərhçi Maahmud Bilgin deyir ki, bu gün İranın bu qədər çətin bir duruma düşməsi, iqtisadi baxımdan, yolsuzluqlar və dünya tərəfindən boykot olunmasının günahı tək Həsən Ruhanidə deyil. “Əlbəttə ki, Həsən Ruhani də bu sistemin bir parçasıdır, amma bacarıqsız və əlində güc olmayan parçasıdır. Rejim belə qüvvələri qurban verməklə özünə haqq qazandırır”.

   Qeyd edək ki, Həsən Ruhaniyə qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə, məsələyə ən qısa zamanda baxılacağı və məhkəmənin həbs qətimkan tədbiri seçəcəyi gözlənilir. Xatırladaq ki, Həsən Ruhani 2013-cü ildən 2021-ci ilədək İranın prezidenti olub.

AYSU

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər