Rumıniya Rusiyaya məxsus dron ələ keçirdiyini bəyan edib
Rumıniya Hərbi Hava Qüvvələri (HHQ) Rusiyaya məxsus pilotsuz uçuş aparatını (PUA) ələ keçirdiklərini bəyan ediblər.
"İnformator.az" xəbər verir ki, bu barədə yerli “Antena 3” telekanalı məlumat yayıb.
Hadisə Ukrayna sərhədinə yaxın Tulça şəhəri ətrafında baş verib.
PUA-nın yaşayış məntəqələri üzərində uçmadığı və əhali üçün birbaşa təhlükə yaratmadığı bildirilir.
Havaya iki F-16 təyyarəsi qaldırılıb.
Nəşr dronun qəzaya uğradığını yazıb, Rumıniya hərbçiləri isə PUA-nın radarlardan itdiyini açıqlayıblar.