00:00:00
Yazar
Admin User
22.09.2025 16:05 73 1 dəq oxuma
Dünya

Rusiya 2 ay ərzində bu ölkəyə hücum edəcək

Rusiya 2 ay ərzində bu ölkəyə hücum edəcək

Böyük Britaniya mətbuatı Rusiyanın Milad öncəsi Polşaya məhdud hücum planlaşdırdığını iddia edib.


“İnformator.az” “Publika.az”a istinadən xəbər verir ki, məlumat "yüksək rütbəli rusiyalı hərbçidən" "Ekspress"ə sızdırılıb və məsələ ilə bağlı Londonda və Vaşinqtonda təcili görüşlər keçirilib.


Kremlin məqsədinin NATO-nun reaksiyasını ölçmək və Avropada siyasi sabitliyi pozmaq olduğu bildirilir. Polşanın Baş naziri Donald Tusk da ölkəsinin İkinci Dünya müharibəsindən bəri ən ciddi təhlükə ilə üz-üzə qaldığını açıqlayıb.


Qeyd edək ki, son günlər Rusiya PUA-larının Polşa və Rumıniyanın hava məkanını pozması NATO-nu hərəkətə keçirib. Britaniya da “Tayfun” qırıcılarını Polşanın müdafiəsinə göndərib. Ekspertlər bu təhdidlərin yeni müdafiə strategiyası tələb etdiyini vurğulayırlar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər