00:00:00
Yazar
Admin User
27.08.2025 12:47 74 1 dəq oxuma
Dünya

Rusiya: ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı təşəbbüslərini bloklayır

Rusiya: ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı təşəbbüslərini bloklayır

BMT Təhlükəsizlik Şurası Qəzza ilə bağlı vəziyyəti adekvat şəkildə nəzərdən keçirə bilmir və bunun məsuliyyəti ABŞ-nin müvafiq təşəbbüsləri bloklaması ilə bağlıdır.


Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski Nyu-Yorkda təşkil olunan mətbuat konfransında deyib.


O qeyd edib ki, Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi üzvlərin iradəsizliyindən deyil, yalnız bir üzvün – ABŞ-nin mövqeyindən qaynaqlanır.


Polyanski Qəzzadakı vəziyyəti “son dərəcə dəhşətli” adlandıraraq vurğulayıb:


“Burada fövqəladə bir hadisə baş verir. İnsanlar, diplomatlar və BMT Təhlükəsizlik Şurasının üzvləri olaraq biz bununla barışmamalıyıq”.


Diplomat əlavə edib ki, Rusiya vəziyyətin dəyişməsi üçün bütün tərəflərlə müzakirəyə hazırdır. Onun sözlərinə görə, ABŞ-nin İsrailə açıq dəstəyi və Qəzzadakı hərəkətlərə yaşıl işıq yandırması ciddi qınaq doğurur.


Anadolu Agency
Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər