00:00:00
Yazar
Admin User
31.10.2025 17:13 115 2 dəq oxuma
Dünya

Rusiya ABŞ-nin nüvə sınaqlarına cavab verəcəyini açıqlayıb

Rusiya ABŞ-nin nüvə sınaqlarına cavab verəcəyini açıqlayıb

Rusiya ABŞ-nin nüvə sınaqlarını bərpa etməsi halında eyni addımı atacağını bildirib. Rusiya rəsmiləri bu qərarın strateji tarazlığı qorumağa yönəldiyini vurğulayır. Analitiklər qarşıdurmanın beynəlxalq təhlükəsizlik risklərini artıracağını bildirir.

 

Mövzu ilə bağlı politoloq Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında qeyd edib ki, ABŞ-nin nüvə sınaqlarını bərpa edəcəyi ehtimal mərhələsin keçib:

 

“Bir həftə öncə belə ehtimallar səsləndirmək olar. Artıq ortada ABŞ prezidentinin nüvə sınaqlarının keçirilməsi ilə bağlı göstərişi, bunun zəruri olması ilə bağlı vitse-prezident Ceyms Devid Vensin açıqlaması var. Əlbəttə, Konqres prezidentin bu təşəbbüsünü dayandıra bilər. Xüsusilə, ABŞ-nin dövlət büdcəsinin xərclənməsi ilə bağlı əsas söz sahibi olan Nümayəndələr Palatası nüvə sınaqlarının keçirilməsinin qarşısını ala bilər. Lakin Konqresin hər iki palatasında respublikaçıların çoxluq təşkil etdiyini, Rusiyanın ünvə şantajının bütün dünya kimi Vaşinqtonun siyasi elitasını narahat etdiyini nəzərə alanda ABŞ-nin nüvə sınaqlarını bərpa edəcəyini söyləmək olar. Beynəlxalq müqavilələr və ümumiyyətlə bütün hüquqi sənədlər həmin sənədləri mümkün edən geosiyasi şərait davam etdiyi müddətdə keçərlidir. Geosiyasi vəziyyət dəyişən kimi istənilən anlaşma lazımsız kağıza çevrilir. ABŞ və Rusiya nüvə arsenalına dünyanın iki ən böyük dövləti olduğu üçün bu iki dövlət arasında nüvə rəqabəti bütün dünya üçün təhlükəni artır. Nüvə rəqabətinin də qızışması bəşəriyyəti təhlükəlinin astanasına gətirir. Bu elə bir mərhələdir ki, istənilən məsuliyyətsiz addım və təsadüfi bir hadisə böyük faciələrə səbəb ola bilər”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər