Rusiya Aİ liderinin təyyarəsini GPS siqnalı ilə hədəf alıb
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyeni daşıyan təyyarə Bolqarıstana enərkən GPS siqnallarının qarışdırılması ilə üzləşib. Avropa Komissiyası bunun arxasında Rusiyanın dayandığını bildirib.
Komissiyanın sözçüsünə görə, təyyarə təhlükəsiz enib, pilotlar isə kağız xəritələrdən istifadə edərək enişi həyata keçiriblər. Fon der Leyen uzun müddətdir Ukraynanın müdafiəsini dəstəkləyir və ötən həftə ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi Ukrayna sammitində iştirak edib.
Reuters
Fatimə Hüseynli