Rusiya anomal istilərlə üz-üzə: Temperatur 39 dərəcəni göstərib
Rusiyanın cənubunda anomal istilər müşahidə edilir.
Bu barədə Rusiya Hidrometereoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, hazırda ölkənin cənubunda – Rostov, Volqoqrad, Həştərxan, Kalmıkiya, Krasnodar, Stavropol vilayət və diyarlarında temperatur 39 dərəcəyə qalxıb. Bu, iqlim normasından 6 dərəcəyə qədər yüksəkdir. Anomal istilərin bir neçə gün davam edəcəyi gözlənilir.
