00:00:00
Yazar
Admin User
09.10.2025 17:59 62 2 dəq oxuma
Siyasət

Rusiya araşdırmaya hərtərəfli kömək edəcək

Rusiya araşdırmaya hərtərəfli kömək edəcək

Rusiya Prezidenti AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib və qeyd edib ki, Rusiya razılaşmaya uyğun olaraq Azərbaycan təyyarəsinin qəzasının araşdırılmasına hər cür köməklik göstərir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, bu yanaşma Azərbaycan-Rusiya münasibətlərində müsbət dönüşə səbəb ola bilər:

 

“Onun sözlərinə görə, təyyarə məqsədyönlü şəkildə vurulmayıb. Yaxınlıqda partlayan mərminin qəlpələri təyyarəyə zərər yetirib. Putin həmçinin bildirib ki, həmin vaxt havada bir neçə Ukrayna PUA-sı (pilotsuz uçuş aparatı) olub. O, hadisədə zərər çəkənlərin ailələrinə başsağlığı verib, təzminat ödənəcəyini və günahkar şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb ediləcəyini qeyd edib. Bu, Azərbaycanın əsas tələblərinin yerinə yetirilməsi kimi dəyərləndirilə bilər. Üzr istənilməsə də, digər tələblərimizin böyük hissəsi ya icra olunub, ya da aktuallığını itirib. Bu yanaşma Azərbaycan-Rusiya münasibətlərində müsbət dönüşə səbəb ola bilər. Putin görüşə məhz bu məsələ ilə başlaması, Rusiyanın Azərbaycanla münasibətləri normallaşdırmaq istədiyinə işarədir. Məlumdur ki, Moskva Cənubi Qafqazda təsir imkanlarını artırmaq yox, mövcud təsirini qorumağa çalışır. Çünki ABŞ və İran bu bölgədə fəallığını artırır, Rusiyanın isə nüfuzu getdikcə zəifləyir. Artıq Ermənistan-Rusiya münasibətlərinin əvvəlki səviyyəyə qayıtmayacağı hər kəsə bəllidir. Bu baxımdan, qarşıdakı parlament seçkilərində Paşinyanın məğlub olması üçün Moskvanın addımlar atacağı gözlənilir”.


Siyasi şərhçi eyni zamanda qeyd edib ki , Kreml münasibətləri düzəltmək üçün addımlar atmağa çalışır:

 

“Azərbaycanla münasibətlərin pozulması isə Rusiyanın Cənubi Qafqazda təsir imkanlarına ciddi zərbə vura bilər. Lakin Azərbaycanın marağı ondan ibarətdir ki, bölgədə Rusiyanın təsiri minimuma ensin”.

 

Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər