00:00:00
Yazar
Admin User
28.08.2025 11:37 91 1 dəq oxuma
Dünya

Rusiya Avropa İttifaqının ofisini vurub

Rusiya Avropa İttifaqının ofisini vurub

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi son zərbələri şərh edərkən, Avropa İttifaqının (Aİ) nümayəndəliyinin binasının zədələnməsini də şərh edib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, o, Rusiyanın Ukraynanı qorxutmaq üçün bütün vasitələrə əl atdığını bildirib.

 

“Kiyevə hücumdan qəzəblənirəm. Zərbələr həm də Avropa İttifaqının ofisinə də dəyib. Bu, iyul ayından bəri paytaxta edilən ən ölümcül pilotsuz təyyarə və raket hücumudur”, - qurum rəhbəri bildirib.

 

Leyenin sözlərinə görə, nümayəndəliyin binasına 50 metr aralıda iki raket düşüb:

 

“Bu, nələrin təhlükə altında olduğuna dair daha bir acı xatırlatmadır. Bu, Kremlin Ukraynanı terror etməkdən əl çəkməyəcəyini - dinc əhalini, kişiləri, qadınları və uşaqları ayrı-seçkilik etmədən öldürmək və hətta Avropa İttifaqını hədəfə almaqdan əl çəkməyəcəyini göstərir”.

 

Avropa Komissiyasının prezidenti əlavə edib ki, Aİ Rusiyaya maksimum təzyiq göstərir:

 

“Bu, sanksiya rejiminin daha da gücləndiriləcəyi deməkdir. Tezliklə 19-cu sərt sanksiyalar paketini təqdim edəcəyik. Paralel olaraq, Ukraynanın müdafiəsi və yenidən qurulmasına töhfə vermək üçün dondurulmuş Rusiya aktivləri üzərində işi davam etdiririk”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər