Rusiya Azərbaycanla qarşıdurmaya girsə...
Rusiyanın Azərbaycanla qarşıdurmaya girməsi onun maraqlarına uyğun deyil, çünki bu halda sərhədlərində daha bir düşmən dövlət meydana gələr.
"İnformator.az" "Bakupost"a istinadla xəbər verir ki, bu fikirləri Çarqrad TV-yə müsahibəsində ukraynalı siyasətçi, Ali Radanın sabiq deputatı Oleq Tsaryov bildirib:
“Belə bir vəziyyətin yaranmaması üçün çalışmaq lazımdır. Bu istiqamətdə səylər göstərilməlidir”.
O əlavə edib ki, indiki mərhələdə bu vəziyyətə yenidən baxmaq, Azərbaycanla dialoqu kimlərin qurduğu və bu gərginliyin necə baş verdiyi məsələlərini araşdırmaq vacibdir.