Rusiya ballistik raket istehsalını artırır
Rusiya ballistik raketlərinin və dronlarının istehsalını və modernləşdirilməsini artırır.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında deyilib.
“Rusiyanın aylıq raket istehsalı hazırda ABŞ-də PAC-3 “Patriot” hava hücumundan müdafiə sistemlərinin raketlərinin aylıq istehsalından çoxdur. Moskva iqtisadi vəziyyətin pisləşməsinə və Rusiya gəlirlərinin azalmasına baxmayaraq hərbi xərclərini də artırır”, - hesabatda qeyd olunub