"Rusiya beş il ərzində NATO-ya hücum edə bilər"
NATO-nun Baş katibi Mark Rutte Rusiyanın qarşıdakı beş il ərzində alyans ölkələrindən birinə hücum edə biləcəyini bildirib.
Almaniyada çıxış edən Rutte deyib: “Biz babalarımızın və nənələrimizin yaşadığına bənzər bir müharibəyə hazır olmalıyıq”. Qərb kəşfiyyat xidmətləri Rusiyanın bu istiqamətdə məqsədlərinin olduğunu qeyd edir. Moskva isə bu tip açıqlamaları “isterik reaksiya” kimi qiymətləndirir. Lakin bənzər ifadələr 2022-ci ildə Ukraynanın işğalı öncəsi də Kreml vasitəsilə səsləndirilib. Rusiya Prezidenti Vladimir Putin bu ayın əvvəlində verdiyi açıqlamada ölkəsinin Avropa ilə müharibəyə girməyi planlaşdırmadığını, lakin müharibə başlayarsa ordusunun “hazır olduğunu” bəyan edib.
Putin Avropa ölkələrini ABŞ-nin Ukraynada sülhü təmin etməyə yönəlik səylərini əngəlləməkdə günahlandırır. NATO Baş katibi Rutte isə Berlində etdiyi çıxışda Putinin səmimi olmadığını iddia edib.
BBC NEWS
Səmayə Səftərova