Rusiya: Biz Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi ehtimalına mənfi baxırıq
Kremlin sözçüsü Dmitriy Peskov Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi ehtimalını təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi mənfi qiymətləndirdiklərini bildirərək, münaqişənin səbəblərindən birinin regionda NATO infrastrukturunun olması olduğunu bildirib.
Peskov Moskvada müxtəlif aktual mövzularda jurnalistlərin suallarını cavablandırıb. Ukrayna üçün təhlükəsizlik zəmanəti mövzusunun gündəmdəki əsas məsələlər arasında olduğunu qeyd edən Peskov, "Ancaq biz bu məsələ ilə bağlı hazırda ictimaiyyətə açıqlama vermək istəmirik. Bunu ümumi səmərəlilik baxımından faydalı görmürük",-deyib.
Ukraynada təhlükəsizlik təminatları çərçivəsində Avropa qoşunlarının yerləşdirilməsi ehtimalını şərh edən Peskov, "Biz buna mənfi baxırıq. Əslində, Avropa qoşunları yoxdur; əksəriyyəti NATO üzvü olan müəyyən ölkələrin əsgərləridir. NATO infrastrukturunun Ukraynada olması da münaqişənin səbəblərindən biri idi",-deyib. Rusiya və Ukrayna arasında daha yüksək səviyyəli təmaslar barədə suala Peskov, "Ən yüksək və ya ən yüksək səviyyələrdəki təmasların daha təsirli olması üçün çox yaxşı hazırlanmalıdır" cavabını verib. ABŞ ilə təmasların davam etdiyini qeyd edən Peskov, “ABŞ prezidenti Donald Trampın səyləri bizim başlatmadığımız bu mürəkkəb və uzun sürən münaqişənin həllinə həqiqətən də kömək edir”,-deyib.
Peskov həmçinin qeyd edib ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri arasında təmaslar davam edir, lakin iki ölkə nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun tarixi hələ dəqiqləşdirilməyib.
TRT Haber
Xədicə Məhərrəmli