Rusiya bizi bloklamağa çalışır
Rusiya "WhatsApp" mesajlaşma tətbiqini bloklamağa çalışır, çünki platforma istifadəçilərə təhlükəsiz və şifrələnmiş ünsiyyət imkanı verir.
"İnformator.az" xəbər verir ki, bu barədə “WhatsApp” məlumat yayıb.
Səbəb kimi isə hüquq-mühafizə orqanları ilə məlumat paylaşılmaması göstərilib:
"Biz Rusiya da daxil olmaqla, hər yerdə şifrələnmiş ünsiyyəti əlçatan etməyə davam edəcəyik".
Qeyd edək ki, dünən “Roskomnadzor” WhatsApp və Teleqramda zənglərə məhdudiyyətlərin tətbiq olunması ilə bağlı qərar qəbul edib.