00:00:00
Yazar
Admin User
29.09.2025 19:36 141 3 dəq oxuma
Siyasət

“Rusiya bu hücumları ilə bir daha Qərb blokunu Ukrayna ilə birləşdirir”

“Rusiya bu hücumları ilə bir daha Qərb blokunu Ukrayna ilə birləşdirir”

Rusiya qüvvələri ötən gecə Ukraynaya təxminən 500 pilotsuz uçuş aparatı və 40-dan çox raket, o cümlədən “Kinjal” hipersəs raketləri ilə hücum edib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, bu hücumların artması Qərbin, o cümlədən ABŞ-nin dəstəyini gücləndirməyin vacibliyini təsdiq edir:

 

“Rusiya Ukraynaya qarşı nüvə silahı xaric hər şeydən istifadə edir. Bu da Ukraynanın daha çox hava hücumundan müdafiə sistemləri alması, daha çox silah-sursat istifadə etməsi şərtlərini genişləndirir. Rusiya bu hücumları ilə bir daha Qərb blokunu Ukrayna ilə birləşdirir. Ukraynanın müdafiəsinin vacibliyini təsdiqləyir. Bu hücumlar Rusiyanın sülh istəmədiyini və Ukraynanı ondan qorumağın vacibliyini ortaya qoyur. Əlbəttə ki, hücumların davam etməsi NATO-nunda müəyyən problemlərini artırır. Onsuz da NATO ciddi şəkildə xüsusilədə Şərq sərhədlərində müdafiə addımlarını artırır. Şərqi Avropa ölkələrinin hava hücumları müdafiə sistemləri möhkəmləndirilir, qoşunlar gətirilir. Hətta Şərq sərhədlərinə Amerika tanklarının belə gəldiyi bildirilir. Sanki Qərb və NATO da Rusiyanı çəkindirmə alanına girməyə məcbur edir. Bu qədər silah-sursatın bura daşınması Rusiya üçün də müəyyən risklər vədd edir. Rusiyanı bir növ qorxutmağa və təhditlərini azaltmağa təşəbbüs etməyə çalışır. Amma eyni zamanda hətta mümkün bir qarşıdurma, müharibə, savaş riskinidə yəqin ki, Avropa dövlətləri göz önünə alırlar. Xüsusilə nəzərə alsaq ki, Avropadada son vaxtlarda çox ciddi proseslər baş verir. Alman, fransız, ingilis hökümətlərinə qarşı xalqın ayaqlanması müəyyən narazılıqlara səbəb olur, sanki belə şəraitdə Avropa ölkələrinə də müharibə zərurəti ortaya çıxır. Buna görə də Rusiyanın təhdidləri, Rusiyanın birbaşa müharibə riskini artırır. Hətta Rusiyanın bu savaş da Belarusla birgə hərəkət edəcəyinə dair ehtimallar da yayılmaqdadır. Odur ki, NATO təbii ki, Şərq cəbhəsini gücləndirir və bir formada əslində Rusiya ilə savaşa da hazırlanır deyə bilərik”.

 

Həmçinin şərhçi qeyd edib ki, düzdür bir tərəfdən sülh danışıqları gündəm də olacaq, və masada qalacaq:

 

“Çünki Rusiyada özünü sülhpərvər kimi göstərmək istəyir, qarşı tərəfdə sülhə sadiqliyini ifadə edir, amma gerçək bundan ibarətdir ki, həm Rusiya, həm də Ukrayna sülhdən çox müharibədə qalib gəlmək, savaşı qazanmaq barəsində düşünürlər. Ukrayna özünün hərbi sənaye kompleksini gücləndirir, getdikcə Rusiyaya qarşı daha müqavimətli bir tərəf kimi diqqəti cəlb edir. Ümumiyyətlə NATO-nun, Avropa ölkələrinin, ABŞ-nin, digər dövlətlərin dəstəyini burda xüsusilə qeyd etmək lazımdır. Aydın məsələdir ki, Ukrayna burda tək savaşmır. Bütövlüklə Qərb bloku Ukraynanı dəstəkləyir, Ukraynanı müdafiə edir. Bu gərginlik, Ukrayna ərazilərinin vurulması, Rusiyanın aşırı hücumları əlbəttə Qərbidə, Ukrayna dövlətini də hiddətləndirir və bu da təbii ki, barış prespektivini azaldır. Savaşın isə daha kəskin olmasını və hətta yayılma riskini artırır. Bu gün Ukrayna və Rusiya arasında olan savaşın sabah Rusiya-NATO müharibəsinə çevrilməsi riskləri də təəssüf ki, həddindən artıq çoxdur”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər