00:00:00
Yazar
Admin User
29.08.2025 17:19 109 3 dəq oxuma
Siyasət

“Rusiya bu əməllərinə görə üzrxahlıq etməlidir”

“Rusiya bu əməllərinə görə üzrxahlıq etməlidir”

Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanin mülki obyektləri bombalaması Ukraynanın şəhərlərini, raket və dronlarından davamlı olaraq vurması bir ənənəyə çevrilib:

 

“Əlbəttə, son hücum zamanı Azərbaycan səfirliyinin hardasa 100 metrliyinə yaxın belə bir hədəf seçilməsi də bizdə çox ciddi təəssüf hissi doğurur. Bildiyim qədər səfirliyin binasına müəyyən zərər də dəyib: orada şüşələr qırılıb, damlarda çat yaranıb və s. Hər halda bu, xoş olmayan və doğru olmayan bir addımdır. İlk olaraq onu qeyd edək ki, diplomatik nümayəndəliklər beynəlxalq hüququn qorunması altındadır. Yalnız səfirliyin yerləşdiyi dövlətin deyil, bütövlükdə bir çox beynəlxalq konvensiyalara bu qurumlar qorunur. Yəni dövlətlər, təbii ki, digər dövlətlərin səfirliklərinə, onların nümayəndəliklərinin yerləşdiyi binalara zərər vurmamalıdırlar. Bu, beynəlxalq hüquqi məsuliyyət yaradır. Amma son hücum zamanı Ukraynada xeyli sayda mülki insanlar da həyatını itirib. Üstəlik də yalnız Azərbaycanın deyil, Avropa İttifaqının da iki yerdəki binasına hansı təhdidlər olub, digər dövlətlərin qurumlarına təhdidlər olubdur. Yəni bu məqsədyönlü şəkildə Azərbaycanın Avropa İttifaqının hədəfə alınması kimi qiymətləndirilə bilər. Yaxud ola bilsin, hansısa qeyri dəqiqlik olubdur. Bütün hallarda baş verənlərə görə Rusiya məsuliyyət daşıyır. Rusiya bu əməllərinə görə üzrxahlıq etməlidir və beynəlxalq hüquq əslində işə düşməlidir. BMT məsələləri aydınlaşdırılmalıdır və Rusiyanın hərəkətlərini çəkindirməlidir. Əgər bir gün səfirliyin 100 metrliyinə düşürsə, bu bombalar raketlər sabah bilavasitə obyektlərin özünə də deyiblər”.

 

Həmçinin şərhçi qeyd edib ki, bu təəssüf ki, yeni və birinci hal deyil:


“Biz SOCAR-ın bir sıra obyektlərinin də vurulduğunu bilirik. Yəni belə bir fikir formalaşır ki, sanki Rusiya yavaş-yavaş öz təhdidlərinin miqyasını artırır. Əgər dünya bir şirkətə təhdid yaradırdısa, indi artıq səfirlik binası ətrafında biz bunu görürük. Əlbəttə, bu yolverilməzdi. Bu nə 22-ci ildə Rusiya Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq ruhuna yaraşan bir hərəkətdir, nə də suveren Azərbaycan dövlətinin maraqlarına uyğun deyil. Azərbaycan tərəfi artıq rəsmi mövqe bildirib. Amma hesab edirəm ki, beynəlxalq təşkilatlar da artıq işə qarışmalıdır və Rusiyanı dayandırmalıdır. Amma eyni zamanda, bu, həm də onu deməyə əsas verir ki, biz öz təhlükəsizlik məsələlərimizə daha ciddi şəkildə diqqət yetirməliyik. Təəssüf ki, Rusiya indi beynəlxalq hüquq normalarına əməl eləmir. Ukraynada biz bunu görürük. Ancaq digər dövlətlərlə, o cümlədən Azərbaycan xoş olmayan münasibətlərinin fonunda onun başqa hansı təhdidlərinin də olması ehtimalı var. Ona görə də biz bütün hallarda hər şeyə hazırlıqlı olmalıyıq və xüsusilə də Azərbaycanın təhlükəsizlik çətiri məsələsinə ciddi diqqət yetirməliyik. Biz Türkiyə, Pakistanla digər türk cümhuriyyətləri ilə bəzi Avropa ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığımızı dərinləşdirməliyik. Rusiyanın bu artan təcavüzkarlığı aqressiyası qarşısında müəyyən adekvat addımların atılması, təbii ki, təhlükəsizliyin gücləndirilməsi daha ciddi şəkildə qorunması istiqamətində də məncə, artıq düşünmək zamanı gəlib”.

 

Aysel Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər