00:00:00
Yazar
Admin User
26.09.2025 19:47 134 2 dəq oxuma
Siyasət

“ Rusiya çalışır ki, NATO üzvüləri onun sərhədlərində zərbə endirsin”

“ Rusiya çalışır ki, NATO üzvüləri onun sərhədlərində zərbə endirsin”

ABŞ-nin NATO-dakı Missiyası Rusiyanın Estoniyanın hava məkanını pozmasını sərt şəkildə pisləyib.

 

Mövzu ilə bağlı politoloq Həşim Sərhablı “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın NATO üzv dövlətlərinin sərhədlərində atdığı bu addımlar təxribat kimi qiymətləndirilməlidir:

 

“Rusiya çalışır ki, hər hansı NATO üzvü onun sərhədlərində zərbə endirsin. Beləliklə, Moskva həmin ölkəyə qarşı müdaxilə üçün bəhanə qazansın və digər NATO dövlətlərinə göstərsin ki, guya biz hücum etmədik, əksinə bizə hücum olunub və özümüzü müdafiə etmək üçün əməliyyatlara başladıq. Bütün bunlar göstərir ki, Rusiya NATO sərhədlərində öz varlığını hiss etdirməyə çalışır. Amma bu güc balansını dəyişmir. Ayrı-ayrı ölkələr baxımından Rusiya üstün görünsə də, ümumi qüvvələr nisbətində NATO hələ də Rusiyanı üstələyir. NATO-nun nizamnaməsi bütün üzv dövlətlər üçün əsas sənəddir və hər bir ölkə ona tabe olduğunu bildirir. Bu baxımdan alyans onsuz da güclü idi və vahid mövqeyə sahibdir. Rusiyanın bu cür təxribatları isə əksinə, NATO dövlətlərinin daha sıx birləşməsinə səbəb ola bilər. Əgər Ukrayna müharibəsi Rusiyanın hərbi sənayesini genişləndirməyə gətirib çıxardısa, eyni vəziyyət NATO üçün də keçərlidir. Rusiya nə qədər təhdid etsə, NATO dövlətləri də hərbi büdcələrini artırmaq və texniki bazalarını gücləndirmək istiqamətində addımlar atacaqlar. Xüsusilə Baltikyanı ölkələrin təhlükəsizlik strategiyası bundan sonra daha çox silahlanma, müdafiə büdcəsinin artırılması və texniki imkanların inkişafına yönələcək”.


Nurgül Yusifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər