RUSİYA DEZİNFORMASİYA YAYIR
Avqustun 11-nə keçən gecə Rusiyanın Kursk şəhərinə Pilotsuz Uçuş Aparatları ilə hücum olub. Bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt “Telegram” kanalında məlumat yayıb. O, hücumun Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyini bildirib. Məlumata görə, Rusiya hava hücumundan müdafiə qüvvələri 2 PUA-nı məhv edib. İtki və dağıntı barədə məlumat verilməyib. Rəsmi Moskva hücumlarda Kiyevi günahlandırsa da, Ukrayna bütün ittihamları rədd edir.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılovun sözlərinə görə, Rusiya da, Ukrayna da həyata keçirdiyi qanunsuz, aqressiv işğalçılq siyasətini təşfiq etmək, həmçinin, öz aləmində bu məsələyə bəhanələr vasitəsilə haqq qazandırmaq məqsədilə, uydurma ittihamlar səsləndirə bilər. Ukrayna tərəfi, rəsmi səviyyədə, Rusiyanın paytaxtında hava məkanlarına hücumla bağlı, açıqlama verməyib. “Düşünürəm ki, Ukrayna bu məsələdə fikir bildirmədikcə, Rusiyanın ittihamları dezinformasiyadır”.
HƏCƏR ƏMİRASLANLI
