00:00:00
Yazar
Admin User
06.09.2025 15:27 96 1 dəq oxuma
Dünya

Rusiya dəniz piyadalarını Pokrovska göndərib

Rusiya dəniz piyadalarını Pokrovska göndərib

Rusiya Pokrovsk bölgəsində vəziyyəti dəyişmək və Donetsk vilayətində “həlledici sıçrayış” həyata keçirmək üçün dəniz piyadalarını cəbhəyə yerləşdirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukraynanın 7-ci Hava Desant Hücum Korpusunun bəyanatda bildirilib.


"Bu yaxınlarda Rusiya komandanlığı təcrübəli dəniz piyadalarını Pokrovsk rayonuna köçürüb. Son həftələr ərzində düşmən öz taktikasını tənzimləyib, ukraynalı müdafiəçilərin irəli mövqeləri ilə döyüşə girmədən tək və ya kiçik qruplar şəklində şəhərə mümkün qədər dərindən müdaxilə etməyə çalışıb. Düşmənin Pokrovskda əsas məqsədi dron və ya minaatanların mövqelərini mümkün qədər yaxınlaşdırmaqdır”, - məlumatda qeyd olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər