00:00:00
Yazar
Admin User
04.09.2025 13:29 75 1 dəq oxuma
Dünya

Rusiya Estoniya diplomatını ölkədən çıxarır

Rusiya Estoniya diplomatını ölkədən çıxarır

Rusiya tərəfi qarşılıqlı prinsipindən çıxış edərək Estoniya səfirinin ölkədən çıxarıldığını bəyan edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, Rusiya XİN Estoniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Marek Yuhtegini çağırıb. Diplomata Tallindəki Rusiya diplomatının "persona non-qrata" elan edilməsindən sonra qəti etiraz bildirilib. Bundan əlavə, Estoniya tərəfinə Tallinin hər hansı düşmənçilik hərəkətlərinin cavabsız qalmayacağı deyilib.

 

Xatırladaq ki, Rusiyanın Estoniyadakı səfirliyinin birinci katibi Estoniya cəmiyyətinin parçalanmasında iştirak etməkdə ittiham edilərək ölkəni tərk etməsi haqqında qərar qəbul olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər