00:00:00
Yazar
Admin User
17.06.2025 12:53 128 1 dəq oxuma
Dünya

"Rusiya götürdüyü öhdəlikləri yerinə yetirir"

"Rusiya götürdüyü öhdəlikləri yerinə yetirir"

 

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın İstanbulda Ukrayna ilə aparılan danışıqlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini bildirib.

 

Onun sözlərinə görə, razılaşmaların icrası üçün ciddi səylər göstərilib:

“Rusiya İstanbulda verdiyi sözləri yerinə yetirib”, – deyə Peskov qeyd edib.

İstanbulda keçirilən iki raund danışıqların nəticəsində tərəflər əsir mübadiləsi barədə razılığa gəlib. Qeyd edək ki, əməliyyatlar çərçivəsində iyunun 9, 10, 12 və 14-də Rusiya və Ukrayna dörd qrup hərbçini qarşılıqlı şəkildə geri qaytarıblar.

 

Bundan əlavə, Rusiya 6060 Ukrayna hərbçisinin cəsədini Kiyevə təhvil verib, əvəzində isə 78 rus əsgərinin cəsədini qəbul edib.

 

TASS

Fatimə Şahverdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər