00:00:00
Yazar
Admin User
01.08.2025 08:32 135 1 dəq oxuma
Dünya

Rusiya hücumu: Kiyevdə Azərbaycan Evinə ziyan dəyib

Rusiya hücumu: Kiyevdə Azərbaycan Evinə ziyan dəyib

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.

 

"İnformator.az" " Axar.az" a istinadən xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov Azərtac-a açıqlamasında binanın ön və arxa tərəfdən şüşələrinin qırıldığını, jalüz və mebellərin zədələndiyini, xəsarət alanın isə olmadığını bildirib.

 

Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb. Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər