00:00:00
Yazar
Admin User
27.08.2025 10:19 66 1 dəq oxuma
Dünya

Rusiya hədələyib: Norveç geri addım atmasa...

Rusiya hədələyib: Norveç geri addım atmasa...

Əgər Norveç bir ay ərzində mövqeyini dəyişməsə, Rusiya öz iqtisadi zonasını Norveç balıqçı gəmiləri üçün bağlayacaq.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federal Balıqçılıq Agentliyinin rəhbəri İlya Şestakov deyib.

 

Onun sözlərinə görə, bundan sonra Barens və Norveç dənizlərində balıqçılıq və kvotaların bölgüsü yalnız Rusiya milli maraqları əsasında həyata keçiriləcək.


Qeyd edək ki, ötən ay Norveç öz iqtisadi zonasına iki Rusiya şirkətinin girişini qadağan edib. Rusiya tərəfi isə bunu su bioehtiyatlarının birgə idarə olunması üzrə mövcud razılaşmaların kobud şəkildə pozulması kimi qiymətləndirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər