00:00:00
Yazar
Admin User
15.08.2025 12:19 98 1 dəq oxuma
Dünya

Rusiya heyəti Putin və Tramp görüşü üçün Alyaskada

Rusiya heyəti Putin və Tramp görüşü üçün Alyaskada

 


Rusiya nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın görüşəcəyi Alyaskaya gəlib. Rusiya mətbuatının məlumatına görə, Putin-Tramp görüşündə iştirak edəcək Rusiya nümayəndə heyəti Alyaskanın Ankoric şəhərinə gəlib.


Nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov, Kremlin xarici siyasət müşaviri Yuri Uşakov və Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev daxildir. Təxminən 50 rusiyalı jurnalistin də görüş yerinə gəldiyi və Alyaska Hava Yolları Mərkəzinin arenasında yerləşdirildiyi bildirilir.


Görüşdə ikitərəfli münasibətlərin, regional və beynəlxalq məsələlərin, xüsusilə də Ukrayna böhranının həllinin müzakirəsi planlaşdırılır. Proqrama həmçinin görüşdən sonra iki liderin birgə mətbuat konfransı da daxildir.



TRT Haber
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər