Rusiya, Hindistan, Çin:
Çin Dövlət Başçısı Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin 3 sentyabrda Pekində İkinci Dünya Müharibəsinin sona çatmasının 80 illiyi münasibətilə keçiriləcək hərbi paradda iştirak edəcəklər.
Putin Ukrayna müharibəsindən sonra ilk dəfə Qərbin sanksiyaları ilə sıxışdırılmış lider kimi deyil, ABŞ prezidenti ilə bərabər mövqedə çıxış edən dünya lideri kimi Çinə səfər edib. Alaskadan qayıtdıqdan sonra etdiyi bu səfər onun üçün qələbə hesab olunur.
Şanxay Əməkdaşlıq Təşkilatının Tiencində keçirilən zirvəsinə Kim Çen In və Narendra Modi də qatılıb. Liderlər Pekində həm də Çin xalqının “Yapon təcavüzünə qarşı qələbəsini” və faşizm üzərində ümumi zəfəri yad edəcəklər.
BBC News
İbrahimova Aytac