Rusiya-Hindistan görüşü Azərbaycanın maraqlarına toxunub
Vladimir Putin və Hindistan Respublikasının Baş naziri Narendra Modi ŞƏT sammiti çərçivəsində görüşüblər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Rusiya ilə Hindistan arasında keçirilən növbəti görüşdə nə qərar veriləcəyi məlumdur:
“Çində yeni dünya nizamı formalaşır. Rusiya da Çinin hökümdarlığını təsdiq etməyə gedib, amma Hindistan rəhbərinin də ora gəlməsi Trampın son dönəmlərdə atdığı planlaşdırılmamış addımlarla bağlıdır və bir az Hindistan da ABŞ-yə etiraz məqsədi ilə Çinlə bu dərəcə yaxınlaşır. Hansı ki, strateji olaraq düşmən idilər.
Rusiya ilə Hindistan arasında keçirilən növbəti görüşdə nə qərar veriləcəyi məlumdur. Çin, Hindistan Amerikanın yüksək faizli, səhv etmirəmsə, 500 faizə yaxın rüsum tətbiq etməsinə görə Rusiya neft almaqdan imtina elədi.
Növbəti görüş hər yerdə keçirilə bilər. Onun önəmi yoxdur, amma bunun zərbəsi Azerbaycana dəydi. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmaq istəyib, oda görünür ki, Rusiyanın xahişi ilə Hindistan bu məsələdə iki tərəfli rol oynadı və Azərbaycanı vurdu”.
Şehrin Musayeva