00:00:00
Yazar
Admin User
20.08.2025 11:50 70 1 dəq oxuma
Dünya

Rusiya Hindistana neft tədarükünü davam etdirib

Rusiya Hindistana neft tədarükünü davam etdirib

Rusiya Hindistana neft tədarükünü davam etdirəcək. Rusiyanın Hindistandakı səfirliyinin müvəqqəti işlər vəkili Roman Babuşkin bildirib ki, bu istiqamətdə “xüsusi mexanizmlər” mövcuddur və Hindistanın Rusiyadan xam neft idxalı əvvəlki səviyyədə qalacaq.

 

Onun sözlərinə görə, ilin sonuna qədər Vladimir Putin və Narendra Modi arasında görüş planlaşdırılır, lakin tarix hələ dəqiqləşməyib. ABŞ avqustun 28-də Hindistanın ixracına 25% əlavə rüsum tətbiq etməyi nəzərdə tutur. Bu qərar Ukrayna müharibəsindən sonra Qərbin Rusiya neftinə sanksiyaları fonunda Hindistanın artan idxalı ilə izah olunur. ABŞ eyni addımı Çinə qarşı atmaqdan çəkinib.


Keçən ay Avropa İttifaqı Hindistanın Nayara Energy zavoduna sanksiya qoydu. Bu, emal həcmlərinin azalmasına və şirkətlərlə ticarətin məhdudlaşmasına gətirib çıxardı. Rusiyanın Hindistandakı ticarət nümayəndəsinin müavini Yevgeni Qriva isə iki ölkə arasında ticarətin hər il təxminən 10% artacağını açıqlayıb.

 

Reuters
Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər