00:00:00
Yazar
Admin User
01.09.2025 15:54 73 1 dəq oxuma
Dünya

Rusiya Hindistanın etibarlı tərəfdaşıdır

Rusiya Hindistanın etibarlı tərəfdaşıdır

Çinin Tyanjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında möhkəm tərəfdaşlığı vurğulayıblar.

 

“Ən çətin vəziyyətlərdə belə Hindistan və Rusiya çiyin-çiyinə addımlayıb. Yaxın əməkdaşlığımız təkcə xalqlarımız üçün deyil, həm də qlobal sülh, sabitlik və rifah üçün mühümdür”, – Modi bildirib.

 

Putin isə Modi-ni “əziz dostum” adlandıraraq, Moskva ilə Dehlinin onilliklərə söykənən dostluq və etimad münasibətlərinə diqqət çəkib: “Rusiya və Hindistan uzun illərdir xüsusi münasibətlər saxlayır. Bu, gələcək əməkdaşlığımızın təməlidir".

 

Modi həmçinin Ukraynadakı müharibənin dayandırılması istiqamətində aparılan səyləri dəstəklədiyini, Ukrayna Prezidenti Vladimir Zelenski ilə apardığı danışıqlara istinad edərək vurğulayıb.

 

Baş nazir sosial şəbəkədə Putinlə görüşündən fotolar paylaşaraq yazıb: “Prezident Putinlə əla görüş keçirdik. Ticarət, gübrə, kosmos, təhlükəsizlik və mədəniyyət də daxil olmaqla bütün sahələrdə əməkdaşlığı müzakirə etdik".

 

Putin də öz növbəsində Moskva ilə Dehlinin onilliklərə dayanan etimad və xüsusi əlaqələrini bir daha önə çəkib.

 

Qeyd edək ki, ABŞ-ın Hindistanın Rusiya nefti alışı ilə bağlı tətbiq etdiyi tariflərə baxmayaraq, həm Hindistan, həm də Çin Rusiya xam neftinin əsas alıcıları olaraq qalır.

 

ANEWZ 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər