Rusiya ilə əməkdaşlıq iddiaları Kiyevdə gərginlik yaradıb
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunun (NABU) bəzi əməkdaşlarının Rusiya ilə əməkdaşlıqda şübhəli bilinməsi səbəbilə reydlər keçirib və iki nəfəri saxlayıb.
Onlardan biri FSB-yə məxfi məlumat ötürməkdə, digəri isə Rusiyada qanunsuz biznes fəaliyyəti ilə əlaqələndirilir. SBU həmçinin sabiq prezident Yanukoviçin təhlükəsizlik rəhbərinin müavini Dmitri İvantsovun bu fəaliyyəti koordinasiya etdiyini bildirib. NABU bu ittihamları əsaslandırılmamış sayıb, reydlərin məhkəmə qərarı olmadan aparıldığını vurğulayıb. Transparency International Ukraine və G7 ölkələrinin Kiyevdəki səfirləri də bu hadisələrdən narahat olduqlarını bildiriblər. Korrupsiyaya qarşı fəal Vitali Şabuninin saxlanılması da siyasi motivli sayılır.
Euronews
Billurə Quliyeva