00:00:00
Yazar
Admin User
12.09.2025 12:57 90 1 dəq oxuma
Dünya

Rusiya iqtisadiyyatı azalmağa davam edir

Rusiya iqtisadiyyatı azalmağa davam edir

Rusiya iqtisadiyyatı kəskin azalmağa davam edir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

 

Bildirilib ki, 2025-ci ilin ilk yeddi ayında artım Mərkəzi Bankın 1-2% proqnozunun aşağı həddinə yaxın olub.

 

“İqtisadçılar tam illik nəticələrin bu diapazonun altında ola biləcəyi barədə xəbərdarlıq ediblər. Sənaye istehsalı iyundakı 2 faizlik artımla müqayisədə iyul ayında yalnız 0.7% artıb. Bu da iqtisadçıların gözlədiyi tempin təxminən yarısıdır. Maliyyə Nazirliyinin məlumatına görə, ilk 8 ayda xərclər illik planın 67%-nə çatıb. Kəsir ÜDM-in 1,9%-ni və ya 4,2 trilyon rubl (49,7 milyard dollar) təşkil edib ki, bu da illik 1,7%-lik hədəfi üstələyir”, - agentlik bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər