Rusiya iqtisadiyyatında artım zəifləyib
May ayında Rusiya iqtisadiyyatının artımı yavaşlayıb.
"İnformator.az"xəbər verir ki, bu barədə “Rosstat” məlumat yayıb.
Məlumata görə, ÜDM əvvəlki ayın 1,3%-nə nisbətən illik müqayisədə cəmi 0,3% artıb.
Eyni zamanda, qeyri-ərzaq mallarına tələbatın yüksək qalması və əmək bazarında kadr çatışmazlığının davam etməsi fonunda istehlak tələbi artmaqda davam edib.